Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə mitinqdə polis əməkdaşına hücum edən şəxsi saxlayıb.
Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar”, - deyə saytın məlumatında bildirilir.