AZ

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər - Masallı rayonunun Çayqırağı kənd sakini 1983-cü il təvəllüdlü Bəhruz İmanqulu oğlu Cəfərov, həmkəndlisi 1955-ci il təvəllüdlü Vəsilə Abdulrza qızı Hüseynova və Lənkəran rayonunun Qumbaşı kənd sakini 1992-ci il təvəllüdlü Hikmət Xanhüseyn oğlu Bəşirov xəsarət alıb.

Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
145
16
apa.az

8Mənbələr