AZ

Ermənistan COP29-da da Bakıya UDUZDU

Azərbaycanda keçirlən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının 29 sessiyası (COP29) baş çatdı. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görüldüyü COP29-un xarici iştirakçıları tərəfindən də qeyd edildi.

Ani-Azərbaycan qüvvələrin böhtan və qarayaxma kampaniyaları isə nəticəsiz qaldı.

Azərbaycan COP29 konfransındakı iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Zəngin dövlətlər Bakıda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə rekord məbləğdə - 300 milyard ABŞ dolları vəsait ayırmağa razılaşdılar.

Rəsmi Bakının dəvətinə baxmayaraq Ermənistan COP29-da iştirak etmədi. Halbuki, İrəvanın COP29-dan gözləntiləri vardı. Belə ki, baş nazir Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyanı nazirini Azərbaycana göndərmək istəyirdi, amma o şərtlə ki, Bakıda həbsdə saxlanılan erməni diversantların bir qismi COP29 zamanı İrəvana qaytarılsın. Təbii ki, Azərbaycan belə bir şərti qəbul edə bilməzdi.
 

Modern.az-ın məlumatına görə, Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Bakıda keçirilən COP29 iqlim sammiti kontekstində rəsmi İrəvanı əldən verilmiş imkanlara görə tənqid edib. O, Ermənistanın faktiki olaraq COP29-da Azərbaycana uduzduğunu söyləyib.

Tiqran Abramyan bildirib ki, Azərbaycan COP29 konfransından beynəlxalq aləmdə öz imicini gücləndirmək üçün istifadə edə bildi, Ermənistan isə heç bir fayda əldə edə bilmədi.

Deputat vurğulayıb ki, Ermənistan sammitdən iki əsas vəzifənin icrasını gözləyirdi. Birincisi, İrəvan ümid edirdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında Azərbaycan Ermənistanla sülh masası arxasında əyləçməyə məcbur olacaq. Bu danışıqlarda isə Ermənistan minimal itki ilə Azərbaycanda anlaşmaya nail olacaq.

İkincisi, İrəvanda güman edilirdi ki, Bakı erməni diversantların ən azı bir hissəsini azad edəcək.

Lakin erməni deputatın qeyd etdiyi kimi, bu gözləntilərin heç biri özünü doğrultmadı.
Üstəlik, Azərbaycan sammitdən Ermənistanın regiondakı təcavüzkar əməllərini dünyaya yaymaq üçün platforma kimi istifadə etdi. Paralel olaraq Bakı Haaqa məhkəməsində İrəvana qarşı yeni iddia qaldırdı və erməni diversantlar Azərbaycan həbsxanalarında qaldı.

“Bütün bunlar sammitin təşkilinə görə ABŞ prezidenti Co Baydenin Azərbaycana təşəkkür etməyə də mane olmadı”, - deyə Tiqran Abramyan bildirib.

Erməni deputat Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-un son günlərində Bakıya səfərinin də İrəvanda qısqanclıqla qarşılandığını gizlətməyib.

Tiqran Abramyan bir çox avropalı siyasətçilərin Bakıda həbsdə saxlanılan erməni separatçılar və diversantların məsələsinə sadəcə etinasız yanaşdıqlarını da etiraf edib.

Abramyan onu da xatırladıb ki, bundan əvvəl Ermənistan parlamentindəki hakim fraksiya Bakı həbsxanalarında saxlanılan ermənilərin azad edilməsinin asanlaşdırılması xahişi ilə beynəlxalq ictimaiyyətə müraciətin qəbuluna mane olub. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti bu addımı ilə nəinki müxalifətin təşəbbüsünü puça çıxarıb, həm də digər beynəlxalq platformalarda bu mövzunun müzakirəsini əngəlləməkdə Azərbaycana faktiki töhfə verib.

“Hakimiyyət Ermənistanın maraqlarını qorumaq əvəzinə, əhəmiyyətli yanlış hesablamalara yol verdi ki, bu da həm COP29 sammitində, həm də ondan kənarda bizim mövqeyimizə mənfi təsir göstərdi”, - deyə Abramyan yvurğulayıb.


A.Qorxmaz

Seçilən
10
modern.az

1Mənbələr