Araşdırma: Gülnar Əhmədli, Banco.az
Mobil POS-terminal mobil cihazlarında təmassız ödənişləri qəbul etmək imkanı yaradan bir xidmətdir. Bu xidmət əsasən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (taksi, bərbər, gül dükanları, kuryer, dərzi, meyvə-tərəvəz mağazaları və s.) üçün nəzərdə tutulub.
Mobil POS xidməti ilə istənilən vergi ödəyicisi nağdsız ödənişləri istənilən yerdə və zamanda öz mobil telefonlarından qəbul edə bilir. Bu xidmət ilə əlavə cihaza ehtiyac qalmır. Xidməti istifadə edə bilmək üçün cihaz NFC dəstəkli olmalıdır.
Ölkədə bəzi banklar bu xidməti müştərilərinə təqdim edir. Bəs bu banklar hansılardır? Ən sərfəli mobil POS xidməti hansı bankdadır? Bu suallara cavabı infoqrafikdən əldə edə bilərsiniz.
Həmçinin oxu: Sahibkarlar üçün hansı bankın POS-terminalı daha sərfəlidir? – Araşdırma