Rusiyada 17 yaşlı yeniyetmə qızın meyiti mal-qara və ev donuzları olan tövlədə tapılıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, onun bədənində və başında heyvan dişləməsi nəticəsində yaranan yaralar aşkar edilib.
Prokurorluğun məlumatına görə, noyabrın 23-də axşam saatlarında 11-ci sinif şagirdi yaşadığı evin həyətindəki ferma binasına mal-qaranı bəsləməyə gedib. Qızı gecə yarısı dostu tapılıb.
Oğlan qonşuları köməyə çağırıb. Həkimlər gəlib məktəbli qızın öldüyünü müəyyən ediblər.
Məlumata görə, mərhumun valideynləri təsərrüfat işləri ilə məşğul olub və donuz bəsləyiblər. Noyabrın 23-də günorta onlar ət satmaq üçün Krasnoyarska yola düşüblər.
Yeniyetmənin meyiti ekspertizaya göndərilib, onun nəticələrinə əsasən, ölümün dəqiq səbəbi məlum olacaq.
İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olduğu üçün cinayət işi açıb.