Güclü külək 600 illik çinar ağacını aşırıb.
E-saglam.az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində yaşanıb.
Çarşamba bölgəsində əsən güclü külək 600 yaşı olan nəhəng ağacı bir anda devirib.
Ağac avtobus dayanacağının üzərinə aşıb. Xoşbəxtlikdən həmin vaxt dayanacaqda heç kim olmayıb.
Əraziyə texnikalar gətirilib.
Ağac həmin bölgədən götürülüb. (baku.ws
E-saglam.az