Yasamal rayonunda yerləşən 184 saylı uşaq bağçasının direktoru Vəliyeva Sevda Dadaş qızı “Şərur” Mənzil-Tikinti-Kooperativini (Şərur MTK) məhkəməyə verib.
Modern.az-ın əldə etdiyi məlumatına görə, buna səbəb kooperativin öhdəliyində olan mənzili təhvil verməməsi olub. Belə ki, əvvəlcə Şərur MTK direktorun lazımi ödənişi etməməsi səbəbi ilə məhkəməyə müraciət edib. Bundan sonra Sevda Vəliyeva ödənişi tam etsə də, mənzil ona təhvil verilməyib.
Direktor bundan sonra Nərimanov rayon Məhkəməsinə müraciət edib. İşə hakim Mehriban Əfəndizadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Şərur MTK" iş adamı İsfədiyar Axundova (Şərurlu İsfəndiyar) məxsusdur.