AZ

Bolqarıstan Şengen zonasında tam iştiraka hazırlaşır

Bolqarıstanda  2025-ci ilin əvvəlindən nəzərdə tutulan Şengen bölgəsində tam iştirak üçün bütün hazırlıqlarını tamamlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xənbər verir ki, Aİ daxili işlər nazirlərinin dekabrın 12-də keçiriləcək iclasında Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbulunu təsdiqləyəcəkləri gözlənilir. 

Bolqarıstan Sərhəd Polisinin direktoru Anton Zlatanov mətbuata açıqlamasında: \"İlin əvvəlindən Şengen Bölgəsinə qəbul edildikdən sonra sərhəd qapılarımız ciddi şəkildə nəzarətə  götürülüb. Artıq bütün hazırlılar tamamlanıb. Xarici tərəfdaşlarımıza da  Şengen üçün hazır olduğumuzu göstərmişik\". deyib.

Sərhəd polisinin indiyə qədər bu mühüm addımı atmaq üçün böyük səylər göstərdiyinə diqqət çəkən Zlatanov, digər Şengen üzvü ölkələrlə sərhəd qapılarında nəzarət infrastrukturunun qorunacağını, lakin keçidlərin daha rahat olacağını bildirib.
Seçilən
6
azxeber.com

1Mənbələr