AZ

İçərisində 31 turis olan yaxta batıb

İçərisində 30-dan çox turistin olduğu yaxta Misirin Marsa Alam şəhərinin şimalında, Şaab Sataye bölgəsində batıb.

Herbiand.az xarici mənbələrə istinadən xəbər vereir ki, gəmidə 31 turist və 14 ekipaj üzvü olub. 

Dəniz gəzintisi çoxgünlük dalğıc turunun bir hissəsi olaraq Marsa Alamdakı Porto Qalibdən Hurqadaya nəzərdə tutulubmuş.

Xilasetmə əməliyyatına vertolyot və dəniz qüvvələrinin cəlb olunub. Gəminin sərnişinlərindən bəziləri sağ tapılıb. Həmin yerlərdə Qırmızı dənizin sularının köpək balığının çox olması axtarışı çətinləşdirir.

Batan Sea Story yaxtası 2022-ci ildə tikilib, 43,8 m uzunluğunda olub və 32 sərnişini daşıya bilir.

Seçilən
14
herbiand.az

1Mənbələr