AZ

NZS və Keşlə sökülməyəcək? - AÇIQLAMA

Bakının bir çox ərazinin "plana düşəcəyi" gözlənilir. Məsələn, Ağ Şəhərin əhatə dairəsi yaxın gələcəkdə daha da böyüyəcək. Köhnə yaşayış evrləri və obyektlər sökülərək müasir binalarla əvəzlənəcək.

Ağ Şəhərin yaxınlığında yerləşən və illərdir söküləcəyi deyilən Keşlə və NZS qəsəbələrinin aqibəti bir daha gündəmə gəlib.

Yeni söküntü arealı bu 2 qəsəbəni də əhatə edəcəkmi?

Day.Az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, paytaxtın Baş planında bu qəsəbələrin də sökülməsi nəzərdə tutulub:

"NZS və Keşlə qəsəbələrinin ərazisi vaxtilə sənaye zonası olub və həmin ərazidə olan evlərin təxminən 70-80 faizi qeyri-qanuni tikilib. Bakı şəhərinin Baş planı artıq təsdiq olunub və çox güman ki, bu ərazilər inkişaf planına salınıb.

Yataqxanadakı evləri özəlləşdirənlər.... - Vəkildən AÇIQLAMA - ƏTRAFLI BURADA

Ağ Şəhərin sözügedən 2 qəsəbəni əhatə etməsi, bildiyim qədəri ilə, planda yoxdur. Digər tərəfdən, bu ərazidə olan evlərin amnistiya məsələsi də mövcuddur.

Hazırda ölkə ərazisində çıxarışı olmayan 700-800 min fərdi yaşayış evi var. Onlar üçün qanuni əsaslar hazırlanır. Daha sonra NZS və Keşlə, o cümlədən ölkədəki digər çıxarışsız evlər olan məhəllələrlə bağlı leqallaşma prosesi başlayacaq".

Ekspert bildirib ki, ilkin söküntü predimeti köhnə binalar olacaq:

"Bu 2 qəsəbənin sökülməsi çox güman ki, tikinti şirkətlərinin ümidinə qalacaq. Amma MTK-lar həmin ərazilərə maraq göstərmir. Hazırda 11 min beşmərtəbli bina var və onlardan 1100-ə yaxını artıq "qəzalı" kimi qeydiyyata alınıb. Yəni başlıca söküntü prosesinə onlar daxil ediləcək.

Keşlə və NZS-in aqibəti ən az 15-20 il sonraya qalır. Hətta ölkədəki inşaat şirkətlərində elə bir potensial yoxdur ki, bu qədər köhnə binanı sökə bilsin. Cəmi 100-ə yaxın şirkət var, bu söküntü arealı üçün çox azdır. Heç dövlətin də bunun icrası üçün maliyyə imkanları yoxdur".

Seçilən
19
1
day.az

2Mənbələr