Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 107 min 737 ton miqdarında, 161 milyon 427 min ABŞ dolları dəyərində pambıq lifi satıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 53 min 103 ton (97,2%), dəyər ifadəsi ilə 62 milyon 966 min dollar (64%) çoxdur.
2023-cü ilin 10 ayında Azərbaycan xarici ölkələrə 54 min 634 ton miqdarında 98 milyon 461 min ABŞ dolları dəyərində pambıq lifi satıb.
İxrac olunan pambıq lifinin ümumi ixracda xüsusi çəkisi 6,76 % olub.
Əvəz Həsənov