AZ

​“Bəzi gəlir və xərclər icmal büdcədə tam əks olunmayıb”

“İcmal büdcədə tanınmayan gəlir və xərclər var”.

“Qafqazinfo” xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“2025-ci ilin dövlət büdcəsi ilə bağlı rəydə dövlət büdcəsi ilə yanaşı, icmal büdcənin gəlir və xərclərinin də tamlığının qiymətləndirilməsinə çalışmışıq. Bəzi gəlirlər və xərclərin icmal büdcədə tam əks olunmadığı nəticəsinə gəlmişik. Belə ki, dövlət şəxsi icbarı sığorta üzrə gəlirlər və 2 sosial Fondun investisiya fəaliyyətindən gəlir və xərclər icmal büdcədə nəzərə alınmır.

Diqqətə çatdırım ki, icmal büdcədəki digər fondların (DNF və İTSF-in) vəsaitlərin idarəedilməsi üzrə daxilolmalar icmal büdcəyə daxil edilir. Məbləğlər müvafiq büdcələrə nisbətdə əhəmiyyətli olmasa da, (2024-cü ilin gözlənilən icrası nəzərə alındıqda təxminən 150,0 mln. manat), növbəti illərdə bu məbləğin arta biləcəyi fonunda Hesablama Palatası olaraq icmal büdcənin komponentləri üzrə vahid yanaşmanın tətbiqinin və qeyd etdiyim məbləğlərin kənarda qalmamasının vacibliyini bildiririk”, - deyə V.Gülməmmədov bildirib.

Nuranə Daxilqızı

 

Seçilən
9
qafqazinfo.az

1Mənbələr