AZ

Azər Bağırov bu komandaya baş məşqçi gedir

“Sabah” baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hazırda "Kəpəz"in baş məşqçisi olan Azər Bağırov "Sabah" üçün ən real namizəddir.

Tərəflərin qısa zamanda görüşü planlaşdırılır. Bu keçiddə "Sabah" rəhbərliyinin fikri müsbətdir.

Qeyd edək ki, Renduliç 2024-cü ilin mart ayında "Sabah"a baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında komanda 14 görüşdə cəmi 19 xal qazanıb.

Ağa Dadaşzadə


Seçilən
10
news24.az

1Mənbələr