"Keyfiyyətsiz təhsil milli təhlükəsizliyimiz üçün böyük təhdid sayılır. Belə halda dini təhsilə daha çox vəsait ayrılmasını təmin etməliyik. Dini təhlükəsizliyimizlə bağlı çox ciddi narahatlıqlar var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.