AZ

Dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb

2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfədən çox artması gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları isə 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabrınadək 1,6 dəfə artaraq 73 milyard dollara çatıb. Bu da təqribən cari il üzrə gözlənilən ümumi daxili məhsul səviyyəsindədir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

“Neft hasilatının pik həcmi 2010-cu ildə qeydə alınıb – 50,8 milyon ton. 2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton təşkil edirdi. 2018-ci ildə neft hasilatı 38,8 milyon ton, 2021-ci ildə 34,6 milyon ton olmuşdur. 2024-cü ildə isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə “Brent” markalı neftin qiymətinin isə təxminən 80 dollar ətrafında olacağı gözlənilir. 2014-cü ildə “Brent” markalı neftin orta qiyməti 99 dollar idi. Qeyd edilən dövr ərzində”, - deyə nazir əlavə edib.

AZƏRTAC

Seçilən
18
1
vergiler.az

2Mənbələr