AZ

PREZİDENT PARLAMENTİ TANIMADI -SON DƏQİQƏ

Gürcüstanda siyasi gərginlik durmadan artır...

O dərəcədə ki, ölkə prezidenti Salome Zurabişvili bu gün noyabrın 25-də on birinci çağırış parlamentin ilk iclasının konstitusiyaya zidd olduğunu açıqlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Prezident  bununla bağlı 3 səbəb göstərib və açıqlamasında deyir: “Gürcüstan parlamentinin iclası konstitusiyaya ziddir: 1. Kütləvi seçki saxtakarlığı onun legitimliyini şübhə altına alır. 2. Mən birinci iclası çağırmaqdan imtina etdim və konstitusiya heç kimi mənim əvəzim kimi tanımır. 3. Hələ mənim şikayətimə Konstitusiya Məhkəməsi baxmalıdır".

 Məlumat üçün bildirək ki, bu gün 25 noyabr tarixində yeni seçilmiş XI çağırış parlamentin ilk iclası keçirilib. Parlament seçkilərinin nəticələrini tanımayan müxalifət partiyalarının üzvləri isə iclasın keçirilməsinə mane olmaq məqsədi ilə parlament binası önündə etiraz mitinqi keçirəcəklərini açıqlayıblar. Hazırda parlament binasının ətrafında çoxsaylı çadırlar quraşdırılıb. Polis və su şırnaqlı zirehli maşınlar da ərazidədir.

A.Məmmədli

Seçilən
17
tezadlar.az

1Mənbələr