AZ

Meyvə bağlarına dəyən zərər üzrə rekord məbləğdə aqrar sığorta ödənişi edildi

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığortaçərçivəsində meyvə bağları və sair əkinlər üzrə böyük məbləğdəödənişlər həyata keçirilib.

Trend AqrarSığorta Fonduna istinadən xəbər verir ki, ödənişlər Ağstafa vəSamux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərərçəkən fermer və təsərrüfatlara edilib.

Sığorta ödənişləri fırtına, dolu, sel-subasma və sairhadisələrdən dəymiş zərərlər üzrə ödənilib.

Belə ki, Ağstafa rayonunda yerləşən «Kur Fruit Company» MMCşirkətinə gilas, alma, armud və şaftalı bağlarına dəyən zərər üzrə214 170 manat ödəniş edilib.

Ağstafa rayonun Poylu qəsəbəsində yerləşən «Kur Fruit Company»MMC şirkətinin gilas, alma, armud və şaftalı bağlarına fırtınanəticəsində böyük zərər dəyib. Aqrar Sığorta Fonduna bu barədəməlumat verildikdən sonra təsərrüfata baxış keçirilməsi üçün ezamedilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib,nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə – 215170 manat ödəniş həyata keçirilib. Bu indiyədək Azərbaycanda meyvəbağlarına dəymiş zərər üzrə ən böyük sığorta ödənişidir.

Samux rayonunun Qarabaclı kəndində yerləşən qarpız, günəbaxan vəarpa sahələri isə subasmadan zərər çəkib. Hadisəninaraşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfataqarpız sahəsi üzrə 94 500 manat, arpa sahəsi üzrə 24 500 manat,günəbaxan sahəsi üzrə isə 39 600 manat zərər hesablanaraqfermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədəkbu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir.

Samux rayonunun Qarayeri kəndində isə gilas, şaftalı, gavalıbağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb.Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 049 manataqrar sığorta ödənişi edilib.

Bununla əlaqədar olaraq noyabrın 23-də Aqrar Sığorta Fondutərəfindən Ağstafa və Samux rayonlarında təbiət hadisələrindənzərər çəkən fermerlərə sığorta ödənişi tədbiri keçirilib.

Aqrar Sığorta Fondunun məsul şəxsləri, fondun Şəmkir və Goranboyfilialları, Samux rayon icra hakimiyyətinin rəhbər şəxslərinin vəDAİM rəhbərlərinin iştirak etdiyi tədbirlərdə aqrar sığortahaqqında geniş məlumat verilib, təbiət hadisələrindən zərər çəkmişfermerlərə ödənişlər təqdim edilib.

Tədbirdə bildirilib ki, 2024-cü ildə müşahidə olunan qeyri-sabithava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkəninəksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərərdəyib, əkinləri su basıb. Bu hadisələr nəticəsində ən çox zərərgörən təsərrüfatlardan biri də Ağstafa və Samux rayonlarıdır.

Samux Rayon icra hakimiyyətinin nümayəndələri regionda iqlimşəraitinin mürəkkəb olduğunu xatırladaraq bildirib ki, bu vəziyyəttez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur vətəsərrüfatlara zərər vurulması ilə nəticələnir. Onlar fermerləribelə hadisələrdən qorunmaq üçün dövlətin dəstəyi ilə sərfəlişərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıb.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyəti sədrininmüşaviri İmran Cümşüdov bildirib ki, aqrar sığortadan faydalananfermerlərin sayı və həyata keçirilən sığorta ödənişləri sürətləartır.

Belə ki, Aqrar Sığorta Fondu bu ilin ilk 9 ayında fermerlərə 3,8milyon manat sığorta ödənişi həyata keçirib, ilin sonunadək buməbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isəindiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 10 milyondanartıq sığorta ödənişi edilib.

Tədbirdə bildirilib ki, aqrar sığorta subsidiyalaşdırılır, yənisığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

Tədbirdə təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığortaödənişləri təqdim edilib. Ödəniş alan fermer və təsərrüfatrəhbərləri sığorta ödənişinin onlara böyük dəstək olduğunu, aqrarsığorta mexanizminin işindən olduqca razı qaldıqlarınıbildiriblər.

Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflıizahat verilib.

Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunusığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostanbitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədəəkilən demək olar ki, bütün meyvə bitkilərinin sığortalayır.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə dəsığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondununwww.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki“Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etməkmümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəngetməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarınısığortalaya bilərlər.

Seçilən
10
4
az.trend.az

7Mənbələr