AZ

Papuaşvili yenidən spiker oldu

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası rəsmi olaraq açıq elan edilib.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən məlumatına görə, iclas zamanı Şalva Papuaşvili yenidən parlamentin spikeri təyin edilib.

Qiya Volskiy əvvəlkitək spikerin birinci müavini, Nino Çilosani isə parlament sədrinin müavini vəzifəsində qalıb. 

Həmçinin, Teya Çululkiani də vitse-spiker postunu tutub. 

Bununla yanaşı, iclasda parlament komitələrinə rəhbərlər təyin edilib.

 

Seçilən
29
qafqazinfo.az

1Mənbələr