AZ

Diş həkiminin planı üzə çıxdı: Həbsxanada olarkən…

ABŞ-nin Kolorado ştatında arvadının içkisinə zəhər qataraq öldürdüyü üçün həbs olunan diş həkiminin həbsxanada olarkən qətli intihara oxşatmaq üçün plan qurduğu məlum olub.

“Cebheinfo.az” xəbər verir ki, polis həbsxanada olan diş həkimi Ceyms Kreyqin planın üzə çıxardıb.

Belə ki, Ceyms arvadı Angelanın protein kokteyline zəhər qatdığı aşkar edildikdən sonra həbs edilib. Angelanın qanında kalium sianid və arsen aşkar edilib. 

Məlum olub ki, Ceyms həbsxanada olarkən kamera yoldaşı ilə sövdələşib və qətli intihar kimi göstərmək üçün planı qurub. Müvafiq olaraq, Ceyms yenicə azad edilmiş məhbusa həbsxanadan məktublar yazmağa başlayıb. 

O, bu məktubları ölmüş arvadının ağzından yazıb. Ceyms məhbusdan xahiş edib ki, gedib bu məktubları evinə yerləşdirsin. Məktublar Anjelanın ərinin xəyanətinə görə intihar etdiyini göstərəcəkdi.

Bundan əlavə, məhbus bəzi qadınlarla razılığa gələrək Ceyms ilə aralarında münasibətlərinin olduğunu söyləyərək məhkəmədə yalançı şahidlik edəcəkdilər. 

Lakin dekabrın 16-da baş tutan məhkəmə iclasında Ceyms sübutları pozmaq, saxtakarlıq və yalançı şahidlik üçün də mühakimə olunacaq. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr