AZ

Vilnüsdə təyyarə evin üzərinə düşdü

Litvanın paytaxtı Vilnüsdə DHL şirkətinə məxsus yük təyyarəsi hava limanına enərkən tikiliyə çırpılıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı evdə olan 12 nəfər sağ qalıb. Hadisə zamanı 1 nəfər həlak olub, 3 nəfərin yaralandığı deyilir. Məlumata görə, SWIFT aviaşirkəti tərəfindən istifadə edilən təyyarə Almaniyanın Leypsiq şəhərindən havaya qalxıb. Təyyarə eniş zamanı Vilnüsdəki hava limanının uçuş-enmə zolağından təxminən 1,3 kilometr məsafədəki tikiliyə çırpılıb. Hadisədən sonra ərazidə yanğın baş verib. Yanğınsöndürənlər hadisəyə müdaxilə edib. Hadisənin səbəbləri araşdırılır.

Seçilən
15
metbuat.az

1Mənbələr