AZ

Deputat: Neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır

Baza ssenari üzrə neftin qiymətinin 70 dollardan götürülməsi reallığa çox yaxındır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Mirkişili bildirib.

Deputat deyib ki, beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 dollar arasında veriblər. Maliyyə Nazirliyinin təqdimatına görə, qiymətin 60 dollara qədər düşdüyü halda dövlət büdcəsinin neft-qaz gəlirləri 340 mln manat azalacaq. Bu halda belə hökumətin bu riski idarə etmək imkanları mövcud olacaq. Qaz qiymətləri hesab edirəm ki, baza ssenaridə göstərilən 242 dollardan çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa Birliyi və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir. Həm də nəzərə alsaq ki, dünyanın yaşıl enerji gündəliyində qaz “keçid yanaçaq” kimi qəbul edilir, o zaman, yaşıl gündəlikdə belə qaza olan tələbat artacaq”.

Seçilən
7
2
apa.az

3Mənbələr