AZ

ABŞ Dopinq Agentliyi məhkəməyə verildi

Ümumdünya Antidopinq Agentliyi (WADA) ABŞ Antidopinq Agentliyini (USADA) böhtana görə məhkəməyə verib. Bu barədə Almaniyanın “Sportschau” nəşri məlumat yayıb.

İddianın İsveçrə məhkəməsinə göndərildiyi qeyd edilir. İddianın verilməsinə səbəb Amerika tərəfinin çinli üzgüçülərin dopinq qəbulu ilə bağlı WADA-ya qarşı bəyanatları olub.

Bu ilin aprelində, 2020-ci il Olimpiya Oyunlarından əvvəl 23 çinli üzgüçünün dopinq testinin müsbət nəticə verdiyi məlum olmuşdu. Onların orqanizmində qadağan olunmuş trimetazidin preparatının olduğu göstərilmişdi.

Daxili araşdırma zamanı məlum olub ki, yarış zamanı idmançıların qaldıqları otelin mətbəxində trimetazidin izləri aşkarlanıb. WADA Çin tərəfinin əlavə yoxlama aparmamaq və idmançıları 2020-ci il Olimpiadasından kənarlaşdırmamaq qərarını dəstəkləyib.

Seçilən
6
futbolinfo.az

1Mənbələr