AZ

HP sədri: OMXÇ üzrə institusional boşluqların aradan qaldırılması xərclərin faydalılığına müsbət təsir edər



"Qeyd etmək istədiyim növbəti əsas məqam büdcə planlaşdırılması zamanı müraciət olunan metodologiya ilə bağlıdır. Hazırda bu istiqamətdə büdcə inkrementalizmi və ya fəaliyyət büdcəsi mövcuddur. Dünya hazırkı tarixədək bunun alternativini ortaya qoymayıb".

Newscenter.az xəbər verir ki, bunları Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə büdcə müzakirələri zamanı deyib. Onun sözlərinə görə, ölkədə 4 ildir reallaşdırlan OMXÇ islahatı üzrə Hesablama Palatası tərəfindən 5 audit çərçivəsində aparılan qiymətləndirmələr onu deməyə əsas verir ki, xərclərin əsaslılığının müəyyən edilməsi üçün istifadə edilən monitorinq göstəriciləri əksər halda həmin sahə üzrə əsas problemləri qiymətləndirməyə imkan vermir:

"Bu sənəd sahə üzrə bəzi hallarda keyfiyyət deyil, kəmiyyət xarakterli şərti göstəricilər toplusundan ibarətdir. Bu isə fəaliyyətin səmərəliliyi və nəticəliliyi haqqında təsəvvür formalaşdırmaq üçün imkanlarını məhdudlaşdırır"

Palata sədri qeyd edib ki, strateji sənədlər istər OMXÇ islahatının tərkib hissəsi, istərsə də ayrıca qurum tərəfindən qəbul edilsə də, bir çox hallarda həmin sənədlərin əməliyyat planları və monitorinq hesabatları ilə əlaqəsi olmur:


"OMXÇ ilə əhatə edilən 3 bölmə və əhatə edilməsi nəzərdə tutulan digər 3 bölmə üzrə cəmi xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisinin tədricən yüksələrək 2028-ci ildə 36,9%-ə bərabər olacağı proqnozlaşdırılır. OMXÇ ilə əhatə olunan xərclərin artımı isə büdcə vəsaitlərinin faydalılığının qiymətləndirilməsini daha da aktuallaşdıracaqdır. Məhz bu səbəbdən institusional boşluqların aradan qaldırılması zəruridir".

Süleyman
Seçilən
10
2
newscenter.az

3Mənbələr