AZ

Qırmızı dənizdə turstlərin olduğu yaxta batdı - İtkin düşənlər var

Noyabrın 25-də səhər saatlarında Misirin Marsa Alam sahillərində Qırmızı dənizdə göyərtəsində 30-dan çox turistin olduğu yaxta batıb.

"Unikal" xəbər verir ki, bu barədə Qırmızı dəniz əyalətinin administrasiyası məlumat yayıb .

Administrasiyanın məlumatına görə, Marsa Alamın şimalında “Sea Story” yaxtasının batması barədə məlumat yerli vaxtla səhər saat 5:30-da daxil olub. Gəmidə müxtəlif ölkələrdən 31 turist və 14 ekipaj üzvü olub. 

Qırmızı dəniz valisi Əmr Hənəfi artıq bir neçə nəfərin tapıldığını bildirib. Axtarışlar davam edir. Hadisənin səbəbi məlum deyil.

Gülayə Mecid 

Seçilən
11
1
unikal.az

2Mənbələr