AZ

Deputat Ağdaşdakı problemləri hökumətin diqqətinə çatdırıb

Ağdaşda 8 kənd hələ də qazsızdır. Bunu deputat Sahib Aliyev deyib.  
 
"Ağdaşda 8 kənddə hələ də qaz yoxdur. Qazlaşdırmayan kəndlərdən birinə qaz xəttləri çəkilsə də proses yarımçıq qalıb. Qaz xəttinin bir neçə km yaxınlığında məktəblər olduğu halda həmin məktəblər odunla isidilir", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Deputat rayonda 29 məktəbin və 7 bağçanın əsaslı təmirə ehtiyac olduğunu vurğulayıb. 
 
Aliyev həmçinin 27 kəndi birləşdirən yolun bərbad olduğunu diqqətə çatdırıb. Eyni zamanda 41 kəndə su çatızmalığını və 71 yaşayış məntəqəsinin elektrik təsərrüfatının yenindən qurulmasının vacib olduğunu açıqlayıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
22
anews.az

1Mənbələr