Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonun işğaldan azad edilməsindən dörd il ötür. Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin aprel ayının 3-də işğal edilniş Kəlbəcər rayonu 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanata əsasən həmən ilin 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılmışdır. Lakin, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Beləliklə, 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad edildi. Kəlbəcər rayonunun da, Ağdam rayonu kimi itkisiz, bir güllə atmadan işgaldan azad edilməsi, ölkəmizin gücünün, qüdrətinin göstəricisi, əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu və prezident cənab İlham Əliyevin zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirdiyi düşünülmüş, uzaqgörən siyasətin məntiqi nəticəsi idi.
2021-ci il avqustun 16-da Kəlbəcərə ilk səfərini etmiş Prezident İlham Əliyev orada Azərbaycanın Dövlət Bayrağı qaldırmışdır. İşgaldan azad edildikdən sonra Dövlətimizin başçısı Kəlbəcər rayonuna bir neçə dəfə səfər etmiş, səfərlər çərçivəsində yaşayış məntəqələrinin və digər çoxsaylı təməlqoyma , hazır olan obyektlərin açılış mərasimlərində iştirak etmişdir.
Prezident cənab İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı Sərəncam ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmişdir. Rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sözü gedən medalla təltif olunmuşdur.
Dövlətimizin başçısı 31 iyul 2023-cü il tarixində möhtəşəm Zəfər günlərimizi əbədiləşdirmək məqsədilə Sərəncam imzalamışdır. Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
Kəlbəcərin işğalı nəticəsində düşmən yüzlərlə inzibati binanı, minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla manatlıq sərvətini Ermənistana daşıyıblar. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib.
Bu gün Kəlbəcər yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri planlı şəkildə, sürətlə aparılır və görülən işlər Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Ölkə başçısının tez tez azad edilmiş ərazilərə səfər etməsi, görülən işlərlə tanış olması , tapşırıq və tövsiyyələrini verməsi bunun bariz nümunəsidir.