Quru sərhədlərinin açılması 100 minlərlə şəxsin ölkəyə axını ilə nəticələnə bilər.BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsi Zahid Oruc plenar iclasda çıxışı zamanı deyib. O bildirib ki, sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələlənə bilər: “İranda hərbi zərbələrdən qorunmaq üçün 100 minlərlə insan Azərbaycana keçməyə hazırdır. Belə qaçqın dalğasının gətirdiyi humanitar, sosial, mədəni fərqlərin toqquşması siyasi sabitliyi təhdid edə bilər”.