AZ

Hindistan: "Ukrayna münaqişəsi dialoq yolu ilə həll edilməlidir"

"Dialoqa və diplomatiyaya qayıtmağa ehtiyac var".

Bakıvaxtı.az "The Times of İndia"ya istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

Onun sözlərinə görə, iyun ayından Hindistanın Baş naziri Narendra Modi Rusiya və Ukrayna liderləri ilə qarşılıqlı əlaqə saxlayır:

"Bundan başqa, Hindistan rəsmiləri Ukrayna münaqişəsinin dialoq yolu ilə həlli yollarını tapmaq üçün daim Rusiya və Ukrayna ilə əlaqə saxlayırlar. Ukraynadakı münaqişənin həlli 3-cü ildir ki, davam edir. Biz qəti şəkildə inanırıq ki, ortaq dil tapmaq imkanı olanlar bu məsuliyyəti öz üzərinə götürməlidirlər".

Gülşən Şərif

Seçilən
18
1
bakivaxti.az

2Mənbələr