AZ

Övladlığa götürülən uşaqların sayı kəskin AZALDI

Övladlığa götürülən uşaqların sayı kəskin azalıb. Belə ki, 2022-ci ildə 358 uşaq övladlığa götürülmüşdüsə, 2023-cü ildə bu rəqəm 137-ə düşüb.

Bizim.Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il övladlığa götürülən uşaqlardan 71-i qız uşaqları olub.

Onların əksəriyyəti 1-5 yaş aralığında olan uşaq olub, onların sayı 86 nəfəri təşkil edib. Övladlığa götürülmüş uşaqların 14-ü 11-17 yaşda olanlardır. 

Qeyd edək ki, 2023-cü ildə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 14 nəfərdir. Onlardan 10 nəfəri 11-17 yaş aralığında olan uşaqlar olub. Övladlığa götürülməsi barədə qərarları ləğv edilənlər əsasən oğlan uşaqları olub. 

Nuray, Bizim.Media

Seçilən
43
bizim.media

1Mənbələr