AZ

Odessa raket atəşinə tutulub

Rusiyanın Odessada endirdiyi zərbə nəticəsində ən azı 8 nəfər yaralanıb.

Herbiand.az xəbər verir ki, bu barədə regionun hərbi administrasiyası məlumat yayıb.

İlkin məlumatlara görə, noyabrın 25-də səhər saatlarında Rusiya hərbçiləri “İskəndər-M” ballistik raketi ilə şəhərin mərkəzinə zərbələr endirib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, bir qadının vəziyyəti ağırdır, deyə vilayət administrasiyasının rəhbəri Oleq Kiper bildirib.

Atışma zamanı mülki infrastruktura - yaşayış binalarına, tibb müəssisəsinə, ofis binalarına, ticarət obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib.

“İki təhsil müəssisəsinə də ziyan dəyib - məktəb və universitetin idman zalı. Orada pəncərə və qapılar sındırılıb. Xoşbəxtlikdən, hücum zamanı müəllimlər və tələbələr sığınacaqlarda olublar”, - Kiper Telegram kanalında yazır.

Seçilən
12
herbiand.az

1Mənbələr