AZ

Bu il Azərbaycan İsveçrəyə 169 mln. dollarlıq qeyri-neft məhsulları satıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 10 ayında Azərbaycanın İsveçrəyə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 39 milyon 79 min dollar və ya 30% artıb. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat ayları ərzində İsveçrəyə qeyri-neft ixracının dəyəri 168 milyon 911 min dollar təşkil edib. 

Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 129 milyon 832 min dollar olub. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (956,7 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
14
1
banco.az

2Mənbələr