AZ

İrəvandakı Avropa İttifaqının missiyasının vaxtı uzadılacaq? –AÇIQLAMA

“Avropa İttifaqının Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı hələlik qərar yoxdur”.

Azpost.info bildirir ki, bu barədə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski bu barədə  NEWS.am-a müsahibəsində bildirib.

“Biz bunun üzərində işləyirik. Brüsseldəki tərəfdaşlarımız Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayır. Çünki qərar Aİ-nin 27 üzvü tərəfindən qəbul ediləcək. Biz artıq Ermənistan hakimiyyəti ilə, vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Hazırda qərar hazırlanır. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizlə bağlı qərar verməliyik”-deyə o vurğulayıb.

Kuberski deyib ki, Ermənistandakı Avropa İttifaqı missiyasının Azərbaycanla heç bir əlaqəsinin olmadığını bildirib.

 

 

Seçilən
35
azpost.info

1Mənbələr