AZ

Hərbi maliyyəçi 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib

Müdafiə Nazirliyinin Tədris və Təlim Mərkəzinin maliyyə xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadə 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmü bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Məhkəmə həmçinin dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə Məlikzadənin və onun ailəsinin 2 milyon manat məbləğində əmlakının müsadirə edilməsi barədə qərar qəbul edib.

Məlikzadə 26 sentyabr 2022-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, Bakı Hərbi Məhkəməsi isə onu həbs edib.

Zabitə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittihamlar irəli sürülüb.

Rəşad Məlikzadə 9 milyon 369 min manatın mənimsənilməsində ittiham olunub. Sonradan 848 min manatı dövlətə qaytarıb. İş üzrə zərərçəkmiş tərəf Maliyyə Nazirliyidir.

Seçilən
18
turan.az

1Mənbələr