AZ

Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün kökələn şəxsə həbs cəzası verildi

Cənubi Koreyada hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlmiş 26 yaşlı kişiyə 1 il şərti həbs cəzası verilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Cənubi Koreyada məhkəmə 26 yaşlı kişini hərbi xidmətdən yayınmaq üçün qəsdən kökəlməkdə təqsirli bilib.
 
Hakim hərbi müayinədən əvvəl həddindən artıq yemək yeyib kökəlmiş şəxsə 1 il şərti həbs cəzası verib. Gündəlik qida qəbulunu iki dəfə artıran müttəhim üçün xüsusi rejim hazırlayan dostu 6 ay şərti həbs cəzası alıb.
 
Cənubi Koreya mediasına görə, müttəhim ilkin fiziki müayinə zamanı döyüş vəzifəsinə yararlı kimi qiymətləndirilib, lakin 102 kiloqramdan artıq çəkisi olan yekun müayinədə o, kökəlmiş kimi təsnif edilib və hökumətdə qeyri-döyüş rolunda xidmət etməyə icazəsi verilib. 
 
Onu da qeyd edək ki, Cənubi Koreyada yaşı 18-dən yuxarı olan bütün əmək qabiliyyətli kişilər ən azı 18 ay hərbi xidmət keçməlidirlər.
 
Oksana
Seçilən
9
3
azxeber.com

5Mənbələr