Misirin Marsa əl-Aləm şəhəri yaxınlığında yaxtanın batması nəticəsində 17 nəfər itkin düşüb. Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.Misir hakimiyyəti Qırmızı dənizdə turist gəmisinin batması nəticəsində 28 nəfərin xilas edildiyini, 17 nəfərin isə itkin düşdüyünü bildirib. Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfi sağ qalanların şəhərin cənubunda, Vadi əl-Gemal bölgəsində tapıldığını qeyd edib. Onlara lazımi tibbi yardım göstərilir.Bundan əlavə, o, Misir Hərbi Dəniz Qüvvələri və hərbi aviasiyasının itkin düşənlərin axtarışı üçün səyləri gücləndirdiyini açıqlayıb.
Zərintac MayisqızıMissiya.Az