Böyük Britaniyanın Maliyyə Davranış Təşkilatı (FCA) Britaniya bankı "Barclays"i Qətər investorları ilə 2008-ci ildə apardığı bəzi əməliyyatları açıqlamadığına görə cərimələyib.
Valyuta.az xəbər verir k, cərimə 40 milyon funt-sterlinq təşkil edir.
Medianın məlumatına görə, 2008-ci il maliyyə böhranı zamanı "Barclays" adı açıqlanmayan Qətər investorları və qurumlarından iki dəfə, iyun və oktyabr aylarında maliyyə vəsaiti toplayıb. Bank səhmdarlarını iyun ayı əməliyyatı ilə bağlı məlumatlandırsa da, oktyabrı gizlədib. Bundan əlavə, bank sonradan təcili vəsait toplamaq üçün investorlara ödədiyi böyük komissiyaları açıqlamayıb. Bu ödənişlərdən biri 322 milyon funt-sterlinq təşkil edib.
2013-cü ildə FCA araşdırmaya başlayıb və 2022-ci ilin oktyabrında bankı səhmdarlarından əhəmiyyətli məlumatları gizlətməkdə təqsirli bilib və onu 50 milyon funt-sterlinq cərimələyib. Nəticədə tənzimləyici "Barclays"ın şikayət verməkdən imtina etməsi müqabilində cəriməni 40 milyon funt-sterlinqə endirib.
Paşa Məmmədli