Britaniyanın "Çelsi" klubu "Qalatasaray"ın qolçusunu almağa hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Çelsi" "Qalatasaray"da icarədə olan, lakin "Napoli"yə mənsub olan Viktor Osimhen üçün 75 milyon avroluq təklif paket sürəcək.
Xəbərdə deyilir ki, 25 yaşlı nigeriyalı hücumçu da "Çelsi"də oynamağa maraqlıdır: "Yanvarda "Çelsi" bu məqsədlə "Napoli"nin qapısını döyəcək".
Lamiyə Əhmədli
MİA.AZ