“Real Madrid”in Arda Güleri icarəyə göndərməkdə maraqlı olması barədə iddialardan sonra türk futbolçunun transferi üçün Avropanın önəmli klublarının hərəkətə keçdiyi iddia edilib. Metbuat.az xəbər verir ki, Arda Gülerə Avropanın 4 nəhəng klubunun maraq göstərdiyi irəli sürülüb. İngilis mətbuatından “CaughtOffside”nin xəbərinə görə, İtaliyadan "Milan" və "Yuventus", İngiltərədən "Arsenal" və "Aston Villa" Ardanı heyətinə qatmaq istəyir. Qeyd edək ki, Arda Güler bu mövsüm “Leqanes” klubu ilə oyunda meydana əsas heyətdə çıxıb. Qalan oyunlarda sonradan medyana daxil olan Arda, bu mövsüm ümumilikdə 382 dəqiqə oynayıb və 1 məhsuldar ötürmə edib. Futbolçunun "Real"la 2029-cu ilə qədər müqaviləsi var.