AZ

Yeni Su-34 təyyarəsi sifarişçiyə təhvil verilib

“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “Novosibirsk Aviasiya Zavodu” tərəfindən istehsal olunan yeni Su-34 qırıcı-bombardmançı təyyarə Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, yeni Su-34 təyyarəsi zavod sınaqlarından uğurla keçdikdən sonra xidməti yerinə uçub.

“Dövlət müdafiə sifarişləri üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi UAC-ın əsas vəzifələrindən biridir. Bu, Su-34 qırıcı-bombardmançılarının cari il üçün çatdırılması nəzərdə tutulan sonuncu partiyası deyil. Bu təyyarələr cəbhə aviasiyasının zərbə gücünün əsasını təşkil edir və real döyüş şəraitində öz effektivliyini göstərir”, – deyə “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Vadim Badexa bildirib.

Seçilən
7
poliqon.az

1Mənbələr