"Bournemouth" formasını geyinən Enes Ünal İspaniyaya geri qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM"-in İspaniya mətbuatına istinadən xəbərinə görə, "Sevilla" və "Getafe" Türkiyə millisinin futbolçusu ilə maraqlanır.
İki komandanın da milli futbolçunu icarə əsasında heyətinə qatmaq istədiyi və 27 yaşlı futbolçu ilə əlaqə saxladıqları bildirilib.
İspaniyada daha əvvəl "Levante", "Villarreal", "Real Valladolid" və "Getafe" formalarını geyinən Enes Ünalın La Liqaya geri dönməyə müsbət yanaşdığı qeyd edilib.
Futbolçu bu mövsüm "Bournemouth" ilə çıxdığı 9 oyunda 1 məhsuldar ötürmə edib.