AZ

“Sənətkarı ələ salmaq aparıcılara sərf edir”

“Mən sosial formatda olan verilişlərə insanlara kömək olmaq üçün gedirdim. Çıxmırdım ki, orada kimlərinsə geybətini edim, arxasıyca danışım, qırığın salım və bu yolla gündəmə gəlim. Mən ümumiyyətlə belə şeyləri qəbul edən insan deyiləm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib:

Sənətkar bildirib ki, aparıcılar sənətkarları efirə çağırıb, şəxsi həyatı ilə bağlı verilən sualları ilə tamaşaçıların gözündən salmağa çalışırlar:

“Gördüm ki, artıq o verilişlərdə mənim üstümə gəlirlər. Rəhman efirdə danışmır, onun həyatında belə şeylər var, bunu qabardaq biraz, görək nələr deyəcək. Nə deyəcəyəm? Aparıcı sual verir ki, siz iki dəfə evlənmisiniz. Hə, iki dəfə evlənmişəm, sensasiyaya bax sən. Rəhman Rəhmanov iki dəfə evli olub. Nə olsun? Ölkənin 50 faizi iki dəfə evli olub. Nə olsun, biz hamımız insanıq da... Bununla sözüm düz gəlməyib, ayrılıb başqası ilə evlənmişəm. İndi də xoşbəxt yaşayıram və bunu da hər yerdə deyirəm. Bu mövzunu sensasiyaya çevirmək lazım deyil. O mənim iç dünyamdır və öz işimdir. Sənətimdən, işimdən danışın. Mənə yalnız evlənməyimlə bağlı suallar verirlər. Biz özümüz və aparıcılar sensasiya yaradırıq və xalqı belə tərbiyələndiririk. Bu isə lazım deyil. Mənim iç dünyamın heç kimə dəxli yoxdur. Amma aparıcılar bu söhbəti ifrat dərəcəyə gətirib çıxarırlar ki, Rəhman Rəhmanov evli olub. Evlənib, boşanmaq problem deyil. Bu gün bununla reytinq qazanmaq düzgün deyil. Ona görə o efirlərə getmirəm. Efirlərimiz səviyyəsiz düşüb. Birt izləyici kimi də bəyənmirəm. Bəzi verilişlərə və onların aparıcılarına sərf edir ki, hansısa bir şəxsiyyəti ələ salsınlar, hansına bir sənətkarı insanların gözündən aşağı salsınlar. Amma bu düzgün deyil. Mən azərbaycanın sənətkarıyam. Mən nə etmişəmsə Azərbaycan üçün etmişəm. Sənət adamın bu cür alçatmaq, ələ salmaq nəyə lazımdır. Sən xalqın sənətkarını niyə alçaldırsan?”

Seçilən
20
1
olay.az

2Mənbələr