AZ

Parisin Qərbi Azərbaycan mesajı: əsl hədəf başqadır – Şarmazanov

“Fransa Paşinyanın dediklərinə qarşı hücuma keçir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov deyib.

“Fransa səfirinin paylaşımı Azərbaycana ünvanlanmamışdı. Paşinyanın 22 noyabrda Qərbi Ermənistan və Qərbi Azərbaycan anlayışları barədə açıqlamalarını nəzərə alsaq, bu, Nikola nota idi. Fransa Paşinyanın çıxışına qarşı əks-hücuma keçir, bunu səfiri vasitəsilə edir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Frasanın Ermənistandakı səfiri Olivye Dekotini sosial şəbəkədə paylaşım edərək, yalnız bir Qərbi Azərbaycan olduğunu, bunun da İranda yerləşdiyini iddia edib.

Paşinyan isə bundan öncə müsahibə verərək, Ermənistanın bəzi anlayışlara diqqət etməli olduğunu deyib. O bildirib ki, ermənilər Türkiyənin şərq vilayətlərinə Qərbi Ermənistan deyir, amma onlara Qərbi Azərbaycan deyəndə əsəbiləşirlər./Globalinfo.az

Seçilən
19
turkustan.az

1Mənbələr