AZ

Trampın komandası Ukraynaya görə Bayden administrasiyası ilə çalışacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı Amerika administrasiyası ilə birgə çalışacaq.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals bildirib.

“Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır.

Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır.

Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz şeydir", - Mayk Vals “Fox News”a müsahibəsində deyib.

O əlavə edib ki, artıq hzırkı milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanla görüşüb və ABŞ rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.

Seçilən
12
1
modern.az

2Mənbələr