“Sea Story” turist yaxtası Misirin Marsa əl-Aləm şəhəri yaxınlığında Qırmızı dənizdə batıb.
Yaxtada 31 sərnişin və 14 ekipaj üzvü olub. Onların bəziləri sahilə çıxarılıb. “Al-Youm as-Sabia” nəşri yazır ki, xilasedicilər hadisə ilə bağlı xəbəri təxminən səhər saat 5:30-da alıblar. Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hənəfi bildirib ki, yaxtanın batması nəticəsində sağ qalan bəzi adamlar tapılaraq sahilə çıxarılıb.
Onların dəqiq sayı göstərilmir. Region rəhbərliyi yaxtada müxtəlif ölkələrdən turistlərin olduğunu bildirir. Onların vətəndaşlığı haqqında da məlumat verilmir.
//Samir Qurbanov, Editor.az