AZ

“Qarabağ” – “Lion” matçına neçə bilet satılıb?

“Qarabağ” Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”u qəbul edəcək. Matç üçün biletlər satışdadı. Klub noyabrın 20-də 13000 biletin sahibini tapdığını açıqladı.

Bəs indiyə qədər neçə bilet satılıb?
“Köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, yuxarıdakı rəqəm 17500-ə yüksəlib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 20, 30, 40, 75 və 150manatdı. Bu oyun noyabrın 28-i, saat 21.45-də start götürəcək.

KƏNAN BAHADIR

Seçilən
58
football-plus.az

1Mənbələr