AZ

Merkeli qorxudan addım: “Putin bunu sakit izləməyəcəkdi”

Almaniyanın keçmiş kansleri Angela Merkel 2008-ci ildə alyansın Buxarestdə keçirilən sammitində Ukraynanın NATO-ya qəbul edilməməsi qərarının düzgün olduğuna inandığını deyib.

Teleqraf.com xəbər verir ki, sabiq kansler o zaman bunun Rusiyanı Ukraynaya hərbi müdaxiləyə sövq edə biləcəyini söyləyib.

“Hərbi qarşıdurmanı lap əvvəl görə bilərdik. Mənə tamamilə aydın idi ki, Prezident Vladimir Putin arxada oturub Ukraynanın NATO-ya üzv olmasına tamaşa etməyəcəkdi. O zaman Ukrayna bir ölkə olaraq 2022-ci ilin fevralında olduğu kimi (müharibəyə) hazır deyildi”, - kansler belə qeyd edib.

Almaniyanın keçmiş lideri əlavə edib ki, hakimiyyətdə olarkən Rusiya ilə enerji sektorunda əməkdaşlığa can atıb, çünki bu, ölkənin milli maraqlarına uyğun olub. O, Rusiyanın Ukraynadakı müharibəsinin Avropa ilə Moskva arasında münasibətlərin soyumasına səbəb olmasından təəssüfləndiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
1
teleqraf.com

2Mənbələr