AZ

Dekabr ayının maraqlı Orqan konsertləri - FOTO

4 dekabr tarixində saat 19:00-da Kamera və Orqan Musiqisi Zalının səhnəsində bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Nigar Qəhrəmanova (orqan) dinləyicilər qarşısında maraqlı bir proqramla çıxış edəcək.

Proqramda H.Schmidt orqan və simli orkestr üçün konsert, S.İbrahimova orqan və kamera orkestri üçün konsert, N.Əliverdibəyov "Bayatı-Şiraz" və Jon Laukvikin orqan və simli orkestr üçün konserti səslənəcək.

Nigar Qəhrəmanova 2011-2023-cü illər arasında Bakı Musiqi Akademiyası, Bergen Universitetinin Grieg Akademiyası, Norveç Musiqi Akademiyası və Royal College of Music in London (Kraliyyət Musiqi Kolleci) kimi dörd prestijli musiqi konservatoriyalarında ali təhsil almış və Olivier Latry, Frederic Blanc, Sophie-Veronique Cauchefer-Choplin, Vincent Dubois, Martin Schmeding kimi dünyaca məhşur orqan ifaçılarından bu sənətin sirlərini əxz etmişdir.

13 dekabr 2024-cü il tarixində saat 19:00-da Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunmuş konsert keçiriləcək. Konsertdə solist - Kalininqrad kafedral kilsənin orqan ifaçısı Yevgeniy Avramenko (orqan, Rusiya) çıxış edəcək.

Proqramda İ.S.Bach və A.Mirzəyevin əsərləri səslənəcək.

Arif Mirzəyev Moskva Dövlət Konservatoriyasını bitirib və bəstəkar, orqan ifaçısı kimi tanınır. Mirzəyev "J.S. Bach" adına Beynəlxalq Müsabiqə də daxil olmaqla bir çox yarışmalarda yüksək mükafatlara layiq görülüb. Yevgeniy Avramenko, Kiyev Milli Musiqi Akademiyasını bitirib və burada orqan ifaçılığı üzrə peşəkar təhsil alıb. Avramenko "Mikael Tariverdiyev" adına Orqan Müsabiqəsində uğur qazanaraq beynəlxalq səviyyədə tanınan bir musiqiçidir. Hazırda Ukrayna və xarici ölkələrdə müxtəlif konsertlərdə çıxış edərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
10
milli.az

1Mənbələr