UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpik Lion" (Fransa) oyununa bilet satışı davam edir.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 17500 bilet alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.
Qeyd edək ki, “Qarabağ” - “Olimpik Lion" qarşılaşması noyabrın 28-də reallaşacaq. Matçın start fiti saat 21:45-də səsləndiriləcək.