Bakı Dövlət Universitində təşkil edilən təlimdə müvafiq sahədə çalışan müəllimlər və təhsil alan tələbələrlə yanaşı mövzu üzrə yeni biliklərə yiyələnmək istəyən gənclər də iştirak edib.
Təlimdə Türkiyədən dəvət edilmiş mütəxəssis, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının nümayəndəsi Cuma Uykun və Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekan müavini Yusif Abiyev tərəfindən karbon potensialının hesablanması üsulları, Coğrafi İnformasiya Sistemləri (CİS) və aerokosmik zondlama ilə tanışlıq, peyk görüntülərinin tətbiqi, statistik analiz metodları, bitki indeksləri analizi, ağac həcmləri və biokütlənin hesablanması, məlumatların toplanması və onların informasiya texnologiyalarına inteqrasiyası və digər vacib mövzularda iştirakçılara ətraflı məlumat verilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlim çərçivəsində, həmçinin meşələrdə karbon hesablaması ilə bağlı alınmış avadanlıqlar vasitəsilə Hacıqabul və Sabirabad rayonlarında Tuqay meşələrində aparılmış sahə tədqiqatlarının nəticələrinin təqdimatı keçirilib.
4Mənbələr
-
busaat.az“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim təşkil olunub ( 13365208)
-
bakivaxti.az“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim təşkil olunub ( 13363222)
-
demokrat.az“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim təşkil olunub — FOTOLAR ( 13363078)
-
bizim.media“Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində təlim təşkil olunub – FOTO ( 13363144)