AZ

Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2024-cü il dekabr ayının 4-də Balakən Rayon Polis Şöbəsinin inzibati binasında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.12.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Məlumata görə, qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Seçilən
14
21
operativmm.az

10Mənbələr